Ölkə

Penitensiar Xidmətdən vəfat edən məhbusla bağlı AÇIQLAMA

30 Sentyabr 2019 12:11
0 Şərh     Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Penitensiar Xidmət vəfat edən məhbusla bağlı məlumat yayıb.

Xidmətdən Milli.Az-a daxil olan məlumata görə, 25.07.2018-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.10, 120.2.11, 29, 120.2.1, 29, 120.2..3, 29, 120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.1, 228.3, 228.4, 234.1, 277, 278.2, 281.2, 315.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Quliyev Eşqin Zahid oğlu 09.08.2018-ci il tarixdə Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasına daxil olub.

Tibbi müayinədən keçirilmiş E.Quliyev "İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya" diaqnozu ilə ixtisaslı müayinə və müalicə məqsədilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə keçirilmiş, müalicəsi yoluxucu xəstəliklər şöbəsində aparılıb.

Sentyabrın 27-də "İnsanın İmmun Çatışmazlığı İnfeksiyası (SPİD) 4-cü klinik mərhələ. Baş-beyin ödemi. Dərin koma" diaqnozu ilə intensiv terapiya şöbəsinə köçürülüb.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, sentyabrın 29-da, saat 15:20 radələrində E.Quliyev müalicə aldığı şöbədə "İnsanın İmmun Çatışmazlığı İnfeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya. Baş-beyin ödemi. Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı" diaqnozu ilə vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.