Ölkə

Fuad Qəhrəmanlının ailəsinə qarşı göstərdiyi şiddət cəmiyyət üçün çox üzücüdür - Azəri-Türk Qadınlar Cəmiyyətin sədri

27 Sentyabr 2019 12:01
3 Şərh     Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fuad Qəhrəmanlının ailəsinə qarşı göstərdiyi şiddət cəmiyyət üçün çox üzücüdür".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında (YAP) qadın hüquqlarına həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, ailədə həmişə sevgi və sayğı olmalıdır: "Məlum hadisə məni üzdü. Bu hadisənin mərkəzində duran siyasi iqtidara iddiası olan şəxsdir. Ona görə bu məsələni müzakirə edirik. Bu kimi məsələlərə ictimai qınaq olmalıdır. Mən onlardan çox çəkmişəm. Onlar ağıza almayacaq səviyyədə söyüşlər söyürlər, təhqirlər edirlər, çünki söyüşü ancaq zəiflər edər. Qadınlarımıza qarşı zorakılığı qınayırıq. Heç kimin təhqir və söyüşlərindən qorxmadan sözünüzü deməkdən çəkinməyin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.