Ölkə

Qubada yeni məktəb tikiləcək - FOTO

26 Sentyabr 2019 15:00
Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunun Zərdabi qəsəbəsində 960 şagird yerlik yeni məktəb binası inşa olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəb üçün tililəcək yeni bina üçmərtəbəli olacaq.

Hazırda təhsil ocağının köhnə binasının sökülməsi işləri həyata keçirilir. Həmin binanın yerində inşa ediləcək yeni məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laborotoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq.

Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.

Məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.