Ölkə

Bakıda xəstəxanada uşaq ölü doğuldu - Xəstəxanadan açıqlama

26 Sentyabr 2019 12:53
0 Şərh     Baxış: 2 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləcəridəki Mərkəzi Dəmiryolu Xəstəxanası orada baş vermiş uşaq ölümü ilə bağlı məsələyə münasibət bildirib. 

Milli.Az xəbər verir ki, xəstəxanadan oxu.az-a bildirilib ki, yeni doğulan körpədə həyat əlamətləri olmayıb:

"Abşeron rayonu, Qobu qəsəbə sakini, 20 yaşlı Səadət Qurbanova 39 həftəlik hamiləlik, baş gəlişi, birinci doğuşun üçüncü dövrü, iri döl diaqnozu ilə Mamalıq-ginekologiya bölməsinin doğum blokuna daxil olub.

Səadət Qurbanovaya və onun qohumlarına qeysəriyyə əməliyyatı təklif olunsa da, onlar bu təkliflə razılaşmayıb. Sentyabrın 23-də, saat 10:30-da təbii yolla çəkisi 4300 qr olan qız uşağı dünyaya gəlib. Yeni doğulan körpədə həyat əlamətləri olmayıb".

"Bütün zəruri reanimasion tədbirlərə baxmayaraq, onda həyat əlamətləri əmələ gəlməyib, ölüm qeydə alınıb", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Mərkəzi Dəmiryolu Xəstəxanasında körpə ölümü ilə bağlı məlumat yayılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.