Ölkə

Avtonəqliyyat vasitələrinin texniki baxışına görə rüsum dəyişir

23 Sentyabr 2019 14:05
Baxış: 2 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Qanuna dəyişiklik Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.