Ölkə

“Atam anamı sevmir, ona tort almamışdı” - VİDEO

23 Sentyabr 2019 13:25
2 Şərh     Baxış: 2 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl müxtəlif ölkələrdəki 3-7 yaş aralığında uşaqların "Sevgi nədir?" sualına verdikləri cavablar sosial şəbəkələrdə hər kəsin marağına səbəb olub. Belə ki, yaşlarının az olmasına baxmayaraq uşaqların bu suala dolğun və mənalı cavablar verməsi insanları heyrətləndirib.

"Sevgi - bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən qızarmış kartofların yarısını həmin adama verməkdir". Bu, 6 yaşlı Krissinin cavabı idi. 

Bəs, Məryəm, Kamran, Nərmin üçün sevgi nədir?

Milli.Az xəbər verir ki, qafqazinfo da analoji sualı eyni yaş kateqoriyasından olan azərbaycanlı uşaqlara ünvanlayıb. Əvvəlcə onların çoxu sevməyin nə olduğunu bilmədiyini desə də, daha sonra müxtəlif yollarla izah etməyə çalışdılar.

Ceyhunə (6 yaş): Sevmək qucaqlaşmaqdır. Mən anamı, atamı çox sevirəm, çünki onlar mənə yumurta oyuncağı, yemək, mikrofon alır.

Azad (5 yaş): Sevgi maşındır. Mən maşınları çox sevirəm.

Füzuli (5yaş): Sevgi puldur. Anam atama pul verir, atam da anama. Ona görə bir-birlərini sevirlər. Adəm məni, mən də adəmi sevirəm. Çünki o həmişə hər şeyini mənə verir.

Özal, Nazlı (4 yaş): Mən itimi sevirəm, ona yemək verirəm. Atam anamı sevmir, bir dəfə ona tort almamışdı, anam özü aldı.

Ayan (5 yaş): bilmirəm.

İlham (4 yaş): Mənim Ayandan xoşum gəlir, o yaxşı qızdır. Sevib sonra həyətə düşürlər, kəpənək tuturlar, rəngli karandaşlar alırlar, birlikdə qaçdı-tutdu oynayırlar. Anam atamı çox sevir, çünki atam ona hər şey alır.

Mələk (5yaş): Mən çiyələyi sevirəm. Çünki onu yeyəndə məni xoşbəxt edir.

Nərmin (3 yaş): Sevmək gülməkdir. Ağlamaq isə küsüb getmək. Ağlayanda heyvanlar küsüb gedir, sonra canavar onlar tutur.

Məryəm (6 yaş): Sevmək gülmək, hər şeylə maraqlanmaqdır. Mən göyqurşağını sevirəm. Onda ən sevdiyim rənglər var. Nənəm babamı, babam da nənəmi sevir. Çünki onlar qocadır.

Kamran (7 yaş): Sevmək kömək etməkdir. Dost dostuna kömək edəndə, özündən kiçiyə yaxşılıq edəndə adam xoşbəxt olur, sevir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.