Ölkə

""Azəri-Çıraq-Günəşli" beynəlxalq əməkdaşlığın və dünya səviyyəsində texnologiyaların parlaq nümunəsidir"

23 Sentyabr 2019 09:56
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəri-Çıraq-Günəşli" Azərbaycan və bütün Xəzər regionu üçün əlamətdar müqavilə olub.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "S & P Global Platts" şirkətinin enerji və SOCAR üzrə ixtisaslaşan kredit analitiki Yelena Anankina "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibətilə deyib.

O bildirib ki, 25 ildən sonra da bu müqavilə ölkənin neft sənayesinin aparıcı elementi kimi qalmaqdadır, beynəlxalq əməkdaşlığın və dünya səviyyəsində texnologiyaların parlaq nümunəsidir.

Y.Anankina əlavə edib ki, davam edən stabil ixrac Dövlət Neft Fondunun gəlirlərini möhkəmləndirir, eyni zamanda yerli qaz tədarükləri ölkə üçün səmərəlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.