Ölkə

Bakı metrosunda HƏYƏCAN - Vaqonlara tüstü dolub, sərnişinlər boşaldılıb - VİDEO - FOTO - YENİLƏNİB

21 Sentyabr 2019 15:08
6 Şərh     Baxış: 3 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:08

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, sərnişin qatarında heç bir təhlükə baş verməyib: "Qatar "Gənclik" stansiyasına daxil olarkən vaqonlara tüstü dolduğundan sərnişinlər boşaldılıb və qatara baxış keçirilib. Məlum olub ki, sərnişin qatarından əvvəl stansiyadan sınaq qatarı keçib və həmin qatarın əyləc yastıqlarında sürtünmə zamanı tüstü yaranıb. Nəticədə tunelə tüstü dolub. Hadisə nəticəsində sərnişinlərdən biri özünü pis hiss edib. Sərnişinə yardım göstərilib. Narahatlığa heç bir əsas yoxdur. Hazırda qatarlar normal qrafiklə hərəkət edir".

14:47

Bakı metrosunda qorxunc olay baş verib.

Milli.Az xəbər verir ki, metronun Nərimanov stansiyasından Dərnəgül xətti ilə Gənclik stansiyasına doğru hərəkətdə olan qatarda tustulənmə qeydə alınıb.

Qatar Gənclikdə dayandıqdan sonra sərnişinlər tüstü ilə dolu vaqonlardan boşaldılıb.

Sərnişinlərin Milli.Az-a dediyinə görə, tustulənmə qatar tuneldə olarkən baş verib.

Bir neçə dəqiqə platformada gözləyən tustulənən qatar yenidən xətt üzrə hərəkətini davam etdirib. Hazırda da Gənclik stansiyasında sərnişinlər arasında həyəcan hiss edilməkdədir.

Qorxan sərnişinlərdən həyəcandan ürəyi gedən də olub. Sərnişin və metro əməkdaşlarının müdaxiləsi ilə qadına ilkin tibbi yardım göstərilib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.