Ölkə

SOCAR: 500-dən çox neftçi təxliyə edilib

21 Sentyabr 2019 14:04
3 Şərh     Baxış: 2 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirləri ilə əlaqədar 500-dən çox neftçi təxliyə edilib.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, 21-22 sentyabr tarixlərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 500-dən çox neftçi təxliyə edilib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.