Ölkə

“Qızımın profili oğurlanıb” - Fuad Qəhrəmanlı

19 Sentyabr 2019 15:42
6 Şərh     Baxış: 2 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun onun haqqında yaydığı sensasion bəyanata cavab verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, F. Qəhrəmanlı sosial şəbəkədə bildirib ki, qızının profili oğurlanıb: "Bildirirəm ki, onun adından nə yazılsa, ona aid deyil".

Xatırladaq ki, Selcan Yağmur adlı sosial şəbəkə hesabında yayılan bəyanatda Fuad Qəhrəmanlının ailədə şiddət göstərdiyi, həyat yoldaşının barmaqlarını, qızının isə dizini sındırdığı qeyd edilib. 

Qeyd edək ki, S. Yağmur statusda adı çəkilən, ittiham irəli sürdüyü şəxs, AXCP üzvü Səadət Cahangirin rəyinə cavab da yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.