Ölkə

"Qızımın arxasındayam..." - Zümrüd Yağmur

19 Sentyabr 2019 15:43
Baxış: 2 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atası barədə sensasiyalı bəyanatla çıxış edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən bəyanatdan sonra  F. Qəhrəmanlı Feysbukda status yazaraq qızının profilinin oğurlandığını vurğulayıb. 

Məlumatı dəqiqləşdirmək üçün F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurla əlaqə saxladıq. Z.Yağmur məsələ barədə açıqlama verməyəcəyini bildirib:

"Əvvəllər zəng edib mənim nə yeyib-içməyimlə maraqlanmamısınız. Məni bu problemlərlə rahatsız etməyin. Bundan əvvəl yazmışdım ki, romanım bitib. Niyə o zaman daha qlobal məsələlərlə maraqlanmadınız?! Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.