Ölkə

Kənd Təsərrüfatı Nazirliyi: "İsmayıllıda festivalda kütləvi zəhərlənmə olmayıb"

19 Sentyabr 2019 14:40
3 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda keçirilmiş "Kartof festivalı"nda 7 nəfərin qidadan zəhərlənməsi barədə məlumat əsassızdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

Onun sözlərinə görə, İsmayıllı Rayon Xəstəxanasına müraciət edənlərin səhhətində yaranmış problemlərin günvurmadan qaynaqlandığını bildiriblər: "Xəstəxanaya müraciət edənlər hamısı bir şirkətin işçiləridir. Onlar sahədə işləyən zaman günvurmaya məruz qalıblar. Festival dünən keçirilib, orada yüzlərlə insan iştirak edib. Xəstəxanaya müraciət isə bu gün, festivaldan 24 saat sonra olub. Əgər qida zəhərlənməsi olsaydı, eyni simptomlar digər iştirakçılarda da müşahidə olunardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.