Ölkə

Bakıda məşhur dönərxanada araşdırmalar başlandı

18 Sentyabr 2019 18:07
1 Şərh     Baxış: 2 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda məşhur dönərxanalardan birində baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentlyindən (AQTA) bildiriblər.

Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında Bakıda yerləşən "Bir-iki dönər" adlı ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək".

AQTA vətəndaşlardan xahiş edir ki, onlarda istehlak etdikləri qida məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şübhə yaranarsa, bununla bağlı Agentliyin 1003 Çağrı Mərkəzinə məlumat versinlər.

Xatırladaq ki, sosial şəbəkələrdə adıçəkilən dönərxanada 2 nəfərin zəhərlənməsi il bağlı məlumat yayılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.