Ölkə

Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir - RƏSMİ

18 Sentyabr 2019 16:26
2 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün ərzində Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat, Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarov deyib. 

Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzində müasir tibbi avadanlıqlar olsa da, onların saxlanılması üçün maliyyə vəsaiti azdır. 

"Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə beş il əvvəl becə idisə, indi də elə qalır. Ona görə də dövlət büdcəsindən ayrılan vəsaiti beş qat artırmaq lazımdır". 

K.Qafarov tibb sahəsi əlavə dəyər vergisindən azad edilməsini də təklif edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.