Ölkə

Polis qadağa qoysa da, “20 Yanvar”da həmişəki vəziyyətdir - VİDEO - FOTO

13 Sentyabr 2019 15:38
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni dərs ilinin başlaması ilə bağlı "20 Yanvar" dairəsi, "Şamaxinka" və "3-ün kruqu" deyilən ərazidə yolun sağ solağına taksilərin park etməsinə və dayanaraq sərnişin düşürtmələrinə qarşı reyd keçirildiyi açıqlanıb.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları bu gün həmin ərazilərdə olsa da, belə bir halla rastlaşmayıblar. Hazırda ərazidə yaşam və nəqliyyatın hərəkəti əvvəlki günlərdə olduğu kimi davam edir. Moskva prospketinin "Azərsu" ASC-nin sol tərəfindən keçən hissəsində 10-a yaxın taksi park vəziyyətdə müştəri gözləyir. Onlara söhbət etdiyimiz zaman bir BNA avtomobili yanımızdan keçərkən maşının içindəki əməkdaş uzaqdan taksi sürücüsü ilə salamlaşıb yoluna davam etdi.

Sürücülər isə, ümumiyyətlə, son günlər heç bir reyd aparılmadığını bildiriblər: "Qabaqda kamera var, amma maşınları yaxın-yaxın saxlayırıq ki, ara məsafəsi az olsun, kamera nömrəni görə bilməsin".

Sumqayıt, Xırdalan və Masazır tərəfdən gələn avtomobillər isə taksilər arxasında maşınlarını saxlayıb, sərnişini düşürüb yollarına davam edirlər. "20 Yanvar" Şəhidlər Abidəsinin qarşısında isə bir Çevik Polis Xidməti avtomobili dayanmışdı. Onlar isə sadəcə əraziyə nəzarət edirdilər.

Körpünün altında park edən YPX avtomobilinə yaxınlaşıb polis əməkdaşından reyd aparıb-aparmadıqlarını soruşduq. Onlar heç bir xüsusi tədbir olmadığını, hər gün olduğu kimi ərazidə xidmət apardıqlarını qeyd ediblər: "Dayanma-durma Bakı Nəqliayyat Agentliyinə aiddir, ona görə biz sürücülərə bir şey deyə bilmirik. Sadəcə yolda hərəkəti tənzimləyirik. Yolun hərəkət hissəsində maşın saxlayanlara sadəcə "saxlama, sür" ya da "get" deyirik. Başqa heç nə edə bilmirik". "Velotrek"in qarşısında isə yenə də köhnə "Ford"lar metrodan çıxan adamları yığaraq Sumqayıta aparırlar.

6 tələbənin ölümündən sonra bu "Qazel"lər gözdən itsə də, yenidən ortaya çıxıblar. Sumqayıt və Xırdalan taksiləri də metronun Məmmədcəfər Cəfərov küçəsinə olan çıxışında yenə də öz fəaliyyətlərini davam etdirirlər. Sözdə reyd və gücləndirilmiş rejim olsada, əməldə bir yenilik yoxdur. Gücləndirilmiş rejimdə işləyənlər isə taksilər və "Qazel"lərdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.