Səhiyyə Nazirliyi Tovuzda baş verən qətl hadisəsi barədə məlumat yayıb.
Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri Firudin Ələkbərli saat 09:17-də kritik vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralı cərrahiyyə şöbəsinə qaldırılan zaman kliniki ölüm keçirib.
Göstərilən tibbi yardımlara baxmayaraq yaralını həyatını qaytarmaq mümkün olmayıb. F.Ələkbərli saat 09:49-da dünyasını dəyişib.
Milli.Az