Ölkə

Polislər rayondan paytaxta qaçırılan qızı xilas etdilər

13 Sentyabr 2019 11:22
4 Şərh     Baxış: 1 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saatlı rayonundan Bakıya qız qaçıran şəxs yol polisləri tərəfindən tutulub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Binəqədi rayonunda baş verib. Saatlı rayon Soltankənd sakini Oqtay Nağıyev ''102'' xidmətinə məlumat verib ki, 18 yaşlı qızını naməlum şəxslər qaçırıb.

Məlumat əsasında polis ''Təhlükəsiz şəhər'' kameraları vasitəsi ilə qızın qaçırıldığı avtomobilin istiqamətini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdaretmə Xidmətindən Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya'' postuna məlumat verilib ki, üzü şəhər istiqamətində hərəkət edən ''Hyundai'' markalı ''90-MD-049'' dövlət nömrə nişanlı avtomobil saxlanılsın.

Yol polisi əməkdaşları məlumat əsasında yoldakı avtomobilləri nəzarətə götürüb və çox çəkməyib ki, həmin nəqliyyat vasitəsini aşkar ediblər.
Yol polisləri hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarını əraziyə çağırıblar. Əməliyyatçılar hadisə yerinə gəldikdən sonra sürücü təsilm olub.

Polis idarəsində araşdırma aparılarkən müəyyən edilib ki, Saatlı rayon Mircəlal kənd sakini Ruhid İslamov evlənmək məqsədilə qızın razılığı olmadan zorla qaçırıb rayondan paytaxta gətirirmiş. Polisdən verilən məlumata görə, qız xilas edilərək ailəsində təhvil verilib.

Faktla bağlı isə Ruhid İslamov barəsində ''adam oğurluğu'' maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.