Ölkə

Bakıda hakim pensiyası üçün məhkəməyə üz tutdu

11 Sentyabr 2019 11:16
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev ona təyin edilən pensiyanın məbləği ilə razılaşmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pensiya məbləğinin artırılmasını tələb edən hakim bu səbəbdən öz həmkarlarına üz tutub. 58 yaşlı S.Hacıyev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Hakim Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin qərarından şikayət edib və şöbəni cavabdeh kimi işə cəlb edib. S.Hacıyevin şikayətinə hakim Miminat Hacıbəyova baxacaq. Hələ ki, məhkəmənin ilı iclası təyin edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.