Ölkə

Kirayə mənzil bazarında son durum

10 Sentyabr 2019 19:49
0 Şərh     Baxış: 1 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şəhər üzrə mənzilin orta qiyməti 5.75 % artaraq, 842 manatdan artaraq 891 manata yüksəlib".

Milli.Az bildirir ki, bu sözləri Lent.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, kirayə mənzil bazarında bahalaşma yeni dərs ilinin başlaması ilə əlaqədardır:

"Ümumiyyətlə, ən çox artım birotaqlı mənzillərdə qeydə alınıb. Belə ki, qiymət 427 manatdan artaraq (10.4 faiz) 470 manat olub. İkiotaqlı evlərdə qiymət 615 manatdan artaraq (2.79 faiz) 632 manata yüksəlib. Üçotaqlılarda isə qiymət artımı 6.65 % olub".

N.İbrahimov əlavə edib ki, bahalı evlərdə isə 3.78 % azalma qeyd olunub:

"Orta mənzil qiymətlərində 3.05 %, ucuz evlərdə isə 12.56 % artım olub.İlin əvvəli ilə müqayisədə ümumi portfeldə yeni tikililərin payı 66 %-dən artaraq 72.5 % olub. Bu rəqəm əhəmiyyətli dərəcədə artıb, köhnə tikililərdə isə bu azalıb. İndi daha çox yeni tikili binalardakı evlərin sahibləri mənzillərini kirayə verməyə maraq göstərirlər. Elə buna görə də orta ev qiymətlərində artım çox olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.