Ölkə

Qarayaraya yoluxan xəstələrlə bağlı son durum - RƏSMİ

10 Sentyabr 2019 12:47
1 Şərh     Baxış: 1 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinin aşkarlandığı xəstələrin son durumunu açıqlayıb.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə bildirilib ki, hazırda xəstələrin müalicəsi davam edir.

Onların müalicəsi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında aparılır. Xəstələrin vəziyyətləri normal qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişidə qarayara xəstəliyi aşkarlanıb.

Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.