Ölkə

Nazirlikdən qar AÇIQLAMASI

10 Sentyabr 2019 11:39
0 Şərh     Baxış: 4 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz verilmişdi və bu dövrdə həmin ərazilərə qarın yağması normal hidrometeoroloji haldır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu il sentybar ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması ilk dəfə müşahidə edilmir. Sentyabrın 8-də gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində - Şahdağa sulu qar yağıb:

"Biz sentyabrın 8, 9 və 10-da gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz vermişdik. Qax və Şəki rayonlarının özünə isə qar yağmayıb. Həmin ərazilərə yağış yağıb, hazırda çiskinli hava şəraiti müşahidə edilir, temperatur 14-16 dərəcə təşkil edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.