Ölkə

Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı

9 Sentyabr 2019 15:33
2 Şərh     Baxış: 2 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Sabirabad rayonunda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb".

Qeyd edək ki, bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.