Ölkə

Bakının bu ərazilərində qaz olmayacaq

9 Sentyabr 2019 10:42
0 Şərh     Baxış: 1 153

Bu gün səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.

Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.