Ölkə

Azərbaycanda 1304 ədəd yeni minik avtomobili istehsal olunub

6 Sentyabr 2019 13:34
0 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 161,5 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 13,6 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 7,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 28,3 faiz azalıb.

Dövr ərzində 837 ədəd traktor, 1304 ədəd minik avtomobili istehsal olunub.

2019-cu ilin yanvar-iyun aylarında ölkəyə 16965 ədəd minik avtomobili, 1593 ədəd yük avtomobili, 101 ədəd avtobus idxal olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.