Ölkə

DİN hospitalının işçisi burun əməliyyatından sonra öldü

5 Sentyabr 2019 14:32
0 Şərh     Baxış: 2 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı rinoplastikanın növbəti qurbanına çevrilib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata əsasən, tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölüb. İlkin diaqnozda ölümün ağciyər arteriyasının tromboemboliyası nəticəsində baş verdiyi qeyd olunur.

Hazırda Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır. Hələlik cinayət işi açılmayıb, saxlanılan yoxdur.

Oxşar hadisə paytaxtda bu ilin aprelində də baş vermişdi. 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva çəpər əyriliyi üzrə üç əməliyyat keçirdikdən sonra qan itirərək 18 apreldə dünyasını dəyişmişdi.

Azərbaycanda burun əməliyyatı zamanı ölüm faktları daha öncə də dəfələrlə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.