Ölkə

Agentlik sədri: "Hotelçilik sahəsində xidmət səviyyəsinin keyfiyyətini artırmaq əsas hədəflərdəndir"

4 Sentyabr 2019 15:00
0 Şərh     Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək və xidmət səviyyəsinin keyfiyyətini artırmaq Dövlət Turizm Agentliyinin əsas hədəflərindəndir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda səfərdə olan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının ("HOTREC") prezidenti Jens Zimmer Kristensenlə görüşündə deyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlar atıldığını söyləyib. O, bunun tərkib hissəsi olaraq ötən il Azərbaycan Hotel Assosiasiyasının yaradıldığını bildirib.

Görüş zamanı Azərbaycanın turizm imkanları, hotelçilik, bütövlükdə turizm sənayesinin inkişafı barədə müzakirələr aparılıb.

Müzakirələrdə qonaqpərvərlik sənayesində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də təcrübə mübadiləsinin aparılmasının vacib məqamlardan olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının ("HOTREC") prezidenti Jens Zimmer Kristensen sentyabrın 3-də Bakıda start götürən "İntour" sammitinə qatılıb.

Təşkilat sədri bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyində də görüşlərdə iştirak edəcək, eyni zamanda hotelçilik sənayesinin nümayəndələri ilə bir araya gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.