Ölkə

Sabirabadda baş verən qatar qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA

4 Sentyabr 2019 12:10
0 Şərh     Baxış: 1 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

QSC-dən Milli.Az-a verilən məlumata görə, açıqlamada deyilir:

"Bu gün saat 08 radələrində Osmanlı-Blok Post-51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib. İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdə ikən lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq, keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi "HOWO" yük maşını ilə toqquşub. Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb".

QSC-dən bildiriblər ki, hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hadisə zamanı xəsarət alan olmayıb, qəzanın baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanunu"nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.