Ölkə

Bakının mərkəzində bu binanın sökülməsinə başlanılır

3 Sentyabr 2019 15:41
1 Şərh     Baxış: 4 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanındakı 3 mərtəbəli binanın sökülməsinə hazırlıq işləri gedir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, hazırda üçmərtəbəli binadakı ailələrin köçürülməsi yekunlaşmaq üzrədir: "Bina üçmərtəbəlidir, 1889-cu ildə inşa olunub. Burada 43 ailə yaşayırdı. 1998-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti binadakı sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin vaxt binada olan ailələrdən 23-ü köçürülüb. Bu ailələrin köçürüldüyü mənzillərdə sonradan məcburi köçkünlər məskunlaşıb. Artıq həmin ailələr də binadan köçürülüblər. Hazırda sözügedən ünvanda 4 ailə qalıb ki, onlardan da 3-ü məcburi köçkündür. Yaxın günlərdə həmin ailələr də köçürüləcək və binanın sökülməsinə başlanacaq".

İ. Kərimov bildirib ki, bina qəzalı vəziyyətdə olduğu üçün sökülür. Binadakı ailələr Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.