Ölkə

Bakının Baş Planı 2020-ci ilin oktyabrında təsdiqlənəcək

30 Avqust 2019 13:39
0 Şərh     Baxış: 3 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakının Baş Planı ilə bağlı ilkin konsepsiya artıq hazırlanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud bildirib.

Onun sözlərinə görə, bu, bütün işlərin ilkin fazasıdır: "Bakının 25 min və 10 min miqyasında xəritələri hazırlanmaqdadır. Burda nəqliyyat, mühəndis-kommunikasiya sistemləri və ətraf mühitin mühafizəsi məsələlərinə baxılır. İlin sonunadək 3-cü fazaya başlanılacaq. 2020-ci ilin oktyabr ayına qədər sonuncu faza, yəni, Baş Planın təsdiqləməsi gözlənilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.