Ölkə

Ev tikmək istəyənlərə ŞAD XƏBƏR: Bir pəncərə elektron sistemi...

30 Avqust 2019 12:39
0 Şərh     Baxış: 4 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonuna qədər bütün tikinti növləri üzrə "Bir pəncərə" Elektron Sistemini tətbiq etməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhərində "Bir pəncərə" prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq məqsədilə press-turda bildirib.

Onun sözlərinə görə, gələcəkdə tətbiq ediləcək sistemlərin sxemi hazırlanır.

R.Mahmud əlavə edib ki, ölkənin bütün regionlarında tikinti obyektlərinə icazələrin verilməsi ilə bağlı "Bir pəncərə" Elektron Sisteminin tətbiq edilməsi planlaşdırılır:

"Bir pəncərə" Elektron Sistemi tikintiyə və istismara icazələrin verilməsi üçün yaradılıb. Sistemdə müraciətlər elektron şəkildə qəbul edilir. Tam tikinti layihə sənədləri, o cümlədən torpaq üzərində mülkiyyət sənədi elektron üzərindən göndərilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərən xidmət mərkəzində sənədlərə baxılır, rəylərin və texniki şərtlərin alınması üçün aidiyyəti qurumlara göndərilir və qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində müsbət və ya imtina cavabı verilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.