Ölkə

Biləsuvarda icazəsiz ov edən şəxs cərimələndi

30 Avqust 2019 11:29
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar rayonunda icazəsiz ov edən şəxs saxlanılaraq cərimə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.

Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.