Ölkə

Təhsil Nazirliyi: "Orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb"

29 Avqust 2019 17:34
1 Şərh     Baxış: 7 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas yerləşdirilməsindən sonra orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, müsabiqənin əsas yerləşdirmə mərhələsində 3000-ə qədər vakant müəllim yeri tutulub. Qalan vakant qalan yerlər isə əlavə yerləşdirmə üçün təqdim edilib.

Nazirlik rəsmisi qeyd edib ki, artıq 4000-ə qədər namizəd əlavə yerləşdirmədə iştirak üçün vakant yerləri seçərək elektron ərizəsini təsdiq edib:

"Elektron ərizəsini təsdiq etməyib onu natamam saxlayanların sayı isə daha çoxdur. Bu gün əlavə yerləşdirməyə müraciət üçün sonuncu gündür. Bu gün 23.59-da elektron sənəd qəbulu prosesi başa çatacaq. Sabah gün ərzində elektron yerləşdirmə həyata keçiriləcək və namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumatlar göndəriləcək".

M.Camalzadə qeyd edib ki, sentyabrın 2-3-də müsahibələrin təşkili planlaşdırılır. Namizədlərin sayından asılı olaraq, müsahibələr 1, yaxud 2 gün keçirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.