Ölkə

Bakıda sərxoş sürücü yol polisinə çətin anlar yaşatdı - VİDEO

29 Avqust 2019 11:41
2 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Bakı Şəhər Dövlət Yol polisi İdarəsinin həyata keçirdiyi tədbirlər zamanı Nərimanov rayonu ərazisində sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü aşkarlanıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, ağır dərəcədə sərxoş olan sürücü yol polisinə çətin anlar yaşadıb. Belə ki, tabesizlik göstərərək uzun müddət tibbi müayinəyə getməkdən imtina edib. Həmçinin YPX avtomobilə oturan zaman yol polisinə müqavimət göstərib. Bütün bunların fonunda yol polisləri sürücü ilə səbrlə davranıb. Sonda sürücü tibbi müayinədən keçirilib. Faktla bağlı araşdırma başlanılıb. Avtosfer.az-a msahibəsində sərxoş sürücü sükan arxasında olmadığını deyərək digər şəxsin maşını sürüdüyünü iddia edib. Lakin həmin vətəndaş avtomobili idarə etmədiyini, ümumiyyətlə o maşında deyil başqa bir avtomobildə olduğunu bildirib. Polislə mübahisə edən sürücü YPX avtomobilinə də ziyan vurub.

Videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.