Ölkə

Qazaxda itikin düşən ana və övladları Bakıda tapıldı

28 Avqust 2019 15:47
6 Şərh     Baxış: 4 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda itikin düşən ana və övladları tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları - 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib.

Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, N.Qasımova və övladalrı avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən evindən çıxaraq bir daha geri qayıtmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.