Ölkə

Yol polisindən toy karvanları ilə bağlı yenilik - FOTO

27 Avqust 2019 17:37
1 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toy karvanlarında iştirak edən avtomobil sürücülərinin bir çox hallarda yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları olduqca narahatçılıq yaradan haldır. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi növbəti maarifləndirmə və təbliğat tədbiri həyata keçirir.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu dəfə yol hərəkəti təhlükəsizliyi ilə bağlı görüşlər avtomobillərin icarəyə verildiyi yerlərdə keçirilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və baş inspektor, polis polkovnik-leytenantı İsa Deystani müxtəlif ərazilərdə yerləşən avtomobil icarəyə verilən yerlərdə görüşlər keçiriblər. 

Görüş zamanı yol polisi əməkdaşları təbliğat işlərilə yanaşı, həmin yerlərdə çalışan əməkdaşlara və toy mərasimi üçün avtomobilləri götürən sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim olunub. Bukletlərdə olan tövsiyyələrin əsas mahiyyəti, toy mərasimi üçün avtomobilləri icarəyə verərkən, sürücülərlə profilaktik söhbətlər aparılmalı, xəbərdarlıq olunmalıdır ki sürücülər toy karvanı zamanı yol hərəkəti qaydalarına əməl etsinlər. Eyni zamanda sürücülər hərəkət zamanı yol hərəkəti iştirakçılarına maneə yaratmamaq və optimal sürət seçməklə otmə, manevr qaydalarına əməl edərək avtomobillərin hərəkəti zamanı yalnız bir zolaq üzrə sağ tərəfdə idarə etmək tövsiyə olunur. 

Maraqla qarşılanan bu tədbirə görə yol polisinə təşəkkür bildirilib, qeyd olunan tövsiyyələrin vacib hesab olunduğu qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.