Ölkə

Toyda qonaqlar zəhərləndilər: yeddisi uşaqdır

26 Avqust 2019 18:54
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaşda sünnət toyunda zəhərlənən 10 nəfər ötən gecə və səhər saatlarında xəstəxanaya müraciət ediblər.

Milli.Az bildirir ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslərdə işləmə-qusma əlamətləri müşahidə olunub. Həkim müayinəsindən sonra zəhərlənən şəxslərə ambulator yardım göstərilib və onlar evə buraxılıblar.

Xatırladaq ki, hadisə ötən gün rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb. Mərasimdə iştirak edənlər - 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyeva, 23 yaşlı Ramilə Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar. Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.