Astarada transformator yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Köçəsgər kəndində transformatorun yağ çəni və kabelləri 4 p.m yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az