Ölkə

Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış

23 Avqust 2019 17:50
13 Şərh     Baxış: 9 273

Bakıda yeniyetmə qıza qarşı ağlasığmaz cinayət törədilib. Bir il ərzində öz qızını zorlamaqda ittiham olunan kişi saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "oxu.az"a Sabunçu rayon Prokurorluğundan bildirilib.

Cinayətin üstü 15 yaşlı Sabunçu sakininin (ad məlum səbəblərdən açıqlanmır) yoxa çıxmasından sonra açılıb.

Bu il iyulun 19-da yeniyetmə evdən çıxaraq bir daha qayıtmayıb. Bir ay sonra, avqustun 22-də qız tapılıb.

Dindirmə zamanı o, 36 yaşlı atası S.K.-yə görə evdən qaçdığını bildirib.

Onun sözlərinə əsasən, ata qızına ilk dəfə ötən ilin avqustunda təcavüz edib. O zaman qızın 14 yaşı olub.

Bundan sonra ata mütəmadi olaraq qızını cinsi əlaqəyə məcbur edib. Zorakılıq və təhqirlərə dözməyən qız evdən qaçıb.

Həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda rayon prokurorluğu təcavüzkarın cinayətinin hansı maddələr üzrə qiymətləndiriləcəyini qərarlaşdırır. 

Milli.Az 

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    User · 23 Avqust 17:54111

    Anasi harda idi goresen?

    Cavab yaz
  • Anonim
    Fağır · 23 Avqust 17:56120

    Necə şərəfsizlər varee

    Cavab yaz
  • Anonim
    Vasif · 23 Avqust 18:0190

    Iceride bunu senden soracaqlar

    Cavab yaz
  • Anonim
    Ulya · 23 Avqust 18:13120

    Ata dogma atadir? Sozun bitdiyi yer.... Ata ovladina qarahi bu hereketi edirse.... Get dunyanin kach bucak oldugunu sene oyredecekler icheride

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 23 Avqust 19:0072

    Bir insan necə bucür alçala bilər?! Türkiyə də bir-birinə dəyib, bütün tütklər məhşur o videodan danışı "anne lütfen ölme" "ölmek istemiyorum", insan olaraq insan olduğumdan utandım o hayqırışları eşidəndə. İndi də bi xəbəri oxudum....

    Cavab yaz
    • Anonim
      Jale · 24 Avqust 09:1040

      Deyirler ana atadan ayrilmaq isteyende,bir behane axtarir ki,tutarli olsun,atsinlar iceri,bu da rahat heyatini yasasin.Men bele xeberlere cox da inanmiram,o halda ki,ata dogma atadir,hec inanmiram.ta ki,ekspertizalar,analizler olmayinca.Cunki nece bele xeber sonradan yalan cixib.Her halda bir azerbaycan kishisine xas olmayan hereketdir,yalan cixmasina dua edek.

      Cavab yaz
  • Anonim
    Aqil · 23 Avqust 19:0182

    Insan olmaqima artiq utaniram. Ne desen insanlardan cixir.

    Cavab yaz
  • Anonim
    Gulya · 23 Avqust 19:4650

    Iyrenc ata .Dini tapmadigim iyrenc mexluq.atadii bu ne deyesen belesine .

    Cavab yaz
  • Anonim
    Gulya · 23 Avqust 19:4770

    Indiki zamanda hec kime etibar yoxdu. Dogmalar bele edende basqalari ne eder

    Cavab yaz
  • Anonim
    Terane · 23 Avqust 20:2180

    Cox qeribedi.Hemiwe bu zorlananlarin sesi 1,2ilden cixir.Ovaxta qeder niye sesleri cixmir?

    Cavab yaz
  • Anonim
    T · 23 Avqust 20:2570

    Qeyretine tupurum.Qizina tamah salan serefsiz binamus

    Cavab yaz
  • Anonim
    Maqa Sarkazm · 23 Avqust 20:5480

    Bunlar ne yeyirler ne icirler goresenki bele werefsiz olurlar sadece wok belesini sorgu sualsiz filansiz minbir ezeb eziyetnen publicni oldurmek ancaq

    Cavab yaz
  • Anonim
    Tarawka · 24 Avqust 07:2130

    Deyesen dunyanin axiir catir ,heqiqeten ...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.