Ölkə

Gömrükdə ƏMƏLİYYAT: Rusiyadan gələn maşında... - FOTO

23 Avqust 2019 18:29
0 Şərh     Baxış: 2 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E220 CDİ" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən, qutuları və aksesuarları ilə bilikdə 34 ədəd "İphone X Space Gray 64 GB", 25 ədəd "İphone X Silver 64 GB", 1 ədəd "İphone 7 Black 32 GB", 1 ədəd "OnePlus7 256 GB", 1 ədəd "OnePlus 7 Pro 256 GB", 2 ədəd "Samsung Galaxy S10+ 128 GB", 3 ədəd "Samsung Galaxy S10128 GB" markalı təzə mobil telefonlar, "Daclavirocyrl 60 mg" adlı 2461 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.