Ölkə

Bakıda pişik balası uşağın ölümünə səbəb oldu

23 Avqust 2019 13:54
4 Şərh     Baxış: 3 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib.

Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib.

Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedirdərkən, heyvan qaçaraq transformatorun arxasına girib. Ələkbər pişiyi götürmək üçün özünü transformator və qaz borusunun arasına saldıqda onu cərəyan vurub. Nəticədə, uşaq yanıb, onun həyatını xilas etmək mümkün olmayıb.

Ə.Ələkbərov bu il ikinci sinfə gedəcəkdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.