Ölkə

Xətaidəki su axıntısının qarşısı vaxtında alınıb - İH

22 Avqust 2019 13:24
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xətai rayonunda su borusunun partlaması nəticəsində yaranan problemin qarşısı vaxtında alınıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, hazırda hadisə yerində lazımi işlər görülür:

"Ötən gecə baş vermiş hadisə ilə əlaqədar əraziyə aidiyyəti üzrə qurumlar, xüsusən də "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. Operativ olaraq qəza yerinə baxış keçirilib və qısa zamanda su axıntısının qarşısı alınıb. Problemin səbəbinin öyrənilməsi və həlli "Azərsu" ASC-nin həyəti tərəfindən həyata keçiriləcək".

Qeyd edək ki, ötən gecə Xətai rayonu, Babək prospektində içməli su borusu partlayıb. Nəticədə axan su yola və ətrafa dağılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.