Ölkə

Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır - Xüsusilə hansı rayonlarda?

22 Avqust 2019 19:39
5 Şərh     Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. 90 yaşını keçmiş insan uzunömürlü hesab edilir. Azərbaycanda uzunömürlülər xüsusilə İsmayıllı, Lerik, Tovuz, Gədəbəy rayonlarında üstünlük təşkil edirlər.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyi Azərbaycanda uzunömürlülərin sayı ilə bağlı Modern.az saytının sorğusunu cavablandırıb.

Səhiyyə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova Modern.az-a bildirib ki, əhalinin yaş strukturuna görə sayı haqqında statistik məlumatlar ildə bir dəfə, hər ilin yekununa əsasən əldə edilir.

"2019-cu il yanvar ayının 1-i vəziyyətinə ölkə üzrə 100 və yuxarı yaşda əhalinin sayı 880 nəfər olub. 2018-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 75.8 yaş, o cümlədən kişilərdə 73.3, qadınlarda isə 78.2 yaş olub".

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.