Ölkə

Ağac kəsən "JEK" işçisinə 2 min manatlıq cərimə

22 Avqust 2019 10:06
1 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda ağac kəsən şəxs cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ağac kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.

Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o, 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan "məcburi göstəriş" verilib. Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.