Ölkə

İcra Hakimiyyəti: Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

20 Avqust 2019 18:24
0 Şərh     Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunun Alpan kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yanğın yaxınlıqdakı alma bağlarının ərazisinə keçib: "Bu ərazidə sovet dövründən qalan alma ağacları var, yəni sahibkarlıq subyekti deyil. Həmin yerdə 30-40 sot alma ağacları olan ərazidə quru ot yanıb. Yanğın tam söndürülüb və heç kimə ziyan dəyməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.