Ölkə

İradənin qardaşı Abbas Bağırova pul "atıb" - TƏFƏRRÜAT

20 Avqust 2019 15:29
0 Şərh     Baxış: 3 406

Dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Milli.Az e-huquq.az-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Sumqayıt Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 22-nə təyin edilib.

İttiham aktına əsasən, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

O.Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Mehrəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, O.Mehrəliyev müğənni İradə Mehrinin qardaşıdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.