Ölkə

Deputat İqbal Məmmədov: “Relax”ın SOCAR-a məxsus olması ilə bağlı məlumatlar yalandır"

19 Avqust 2019 17:47
2 Şərh     Baxış: 2 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatı İqbal Məmmədov "Relax" İstirahət və Turizm Mərkəzində baş vermis insidentlə əlaqədar KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Deputat İ.Məmmədov Trend-ə açıqlamasında bildirib ki, "Relax" İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur.

İstirahət mərkəzində baş vermis insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm.

Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər.

Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədi ilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək.

Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar yalandır və heç bir hüquqi əsası yoxdur.

Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.