Ölkə

"Çeşka" yolda qaldı, "ML"dən düşüb belə kömək etdilər - VİDEO

17 Avqust 2019 12:59
7 Şərh     Baxış: 1 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri, Ziya Bünyadov prospektindəki körpünün üstündə köməksiz vəziyyətdə qalan taksi sürücüsünə digər bir vətəndaş kömək edir.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə yaxınlıqdakı kameralardan birinə düşüb. 90 DK 364 dövlət nömrə nişanlı, üzərində "taksi" nişanı olan "Mercedes" markalı avtomobil nasazlıq üzündən dayanır. Sürücü körpünün üstündə təkbaşına olaraq maşını itələməyə başlayır.

Bu zaman arxadan gələn 10 BE 014 dövlət nömrə nişanlı, "Mercedes ML" markalı avtomobil sürəti azaldır. Maşından düşən sərnişin tez digər sürücünün köməyinə qaçır. "Mercedes ML"i iadarə edən sürücü isə qəza işıqlarını yandırır, əli ilə digər maşınlara işarə edərək təhlükəsizlik tədbiri görür. Bufer yaradaraq öndəki nasaz avtomobili itəliyənlər üçün şərait yaradır.

Videonu təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.