Ölkə

“Xan bağı”nda bir neçə irigövdəli ağac kəsiləcək - SƏBƏB - FOTO

16 Avqust 2019 10:09
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhərində 6 ha ərazisi olan "Xan bağı" parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər həyata keçirib.

Milli.Az xəbər verir ki, monitorinqlərin aparılmasında əsas məqsəd parklarda dekorativ ağac və kol bitkilərində fitosanitar vəziyyətlərin qiymətləndirilməsi, eyni zamanda iri gövdəli, yaşlı, tamamilə qurumuş, gövdəsi, iri budaqları və çətir hissəsi yarı qurumuş ağacların aşkar edilərək quruma səbəblərinin müəyyənləşdirilməsi olub.

Monitorinq zamanı sağlam yaşıl ağaclarda, qismən və ya tamamilə qurumuş iri gövdəli ağacların (bitkilərin) xəstəlik və zərərverici ilə sirayətlənmə halları aşkar edilməyib. Lakin parkda bir neçə yaşlı, iri gövdəli ağacların (Eldar şamı, Akasiya, Kiparis, Kağız ağacı və s.) quruması müşahidə olunub.

Sözügedən parkda quru ağacların qanunvericiliyə uyğun olaraq kəsilib götürülməsi ilə bağlı tədbirlər həyata keçirilməsi məqsədi ilə aidiyyəti qurumlara məlumatlar verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.