Ölkə

Magistral yollarda hərəkət edən sürücülərə ÇAĞIRIŞ

13 Avqust 2019 12:52
0 Şərh     Baxış: 2 090

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (AHNX) Qurban bayramı ilə əlaqədar ölkənin magistral yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə çağırış edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimi bu gün artıq başa çatır:

"Ona görə də, Qurban bayramı ilə əlaqədar olaraq regionlara gedən və hazırda Bakıya qayıdan sürücülərdən xahiş edirik ki, yoldakı sıxlığı nəzərə alsınlar. Həmçinin magistral yollarda şəxsi avtomobilləri ilə hərəkət edən sürücülər ötmə əməliyyatlarına düzgün əməl etsinlər, sürət həddini aşmasınlar və digər qayda pozuntusuna yol verməsinlər".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.