Ölkə

“Azəriqaz”-da YENİ TƏYİNATLAR

9 Avqust 2019 18:04
0 Şərh     Baxış: 4 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişikliyi aparılıb.

Milli.Az xəbər verir ki, Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Xaliq İslam oğlu Namazov vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Hüseyn Gülməmməd oğlu Şirinov Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azər Fəxrəddin oğlu Musayev isə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.